Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb.
Azreform.info xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib olub.
Murad Məmmədov (63 kq) yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə uduzub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin Alyona Kolesnik (59 kq) bürünc mükafata sahib çıxıblar.