Pentaqon: Husiləri bu raketlərlə vurduq

13
Yan
2024
12:00

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, Amerika ordusu bu gecə Yəməndə husilərin radar stansiyasına hava zərbələri endirib. Zərbələr  “Tomahawk” qanadlı raketlərindən istifadə etməklə USS Carney (DDG-64) esminesi tərəfindən həyata keçirilib. 

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığın X sosial şəbəkəsində məlumat verilib. 

Komandanlığın məlumatına görə, radarlara zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə hücum etmək qabiliyyətini pozmaq üçün lazımdır. 

Mürtəza
Azreform.info