Azreform.info xəbər verir ki, gələn həftə sonu Las-Veqasda 40 ildə ilk Formula 1 Qran Prisi keçiriləcək. Çempionatın promouterləri bunun bəlkə də ilin əsas yarışı olacağını iddia etsə də, son günlər mərhələnin onsuz da bir çox problemlərinin olduğu bəlli olub. Artıq üzr istəməli olduqları yerli sakinlər narazıdır, azarkeşlər trekin konfiqurasiyasını tənqid edir, təşkilatçılar isə yarışın tarixlərini seçərkən, sadəcə olaraq Nevada ştatının havasını yoxlamağı unudublar.
Qabaqcıl Formula 1 layihəsi böyük uğursuzluqla üzləşə bilər.