İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Kayl Uoker beş aydır ki, həyat yoldaşı ilə yaşamır.
Enni Kilner ciddi mübahisədən sonra Kaylı evdən qovub. Mübahisəyə səbəb isə Uokerin Lorin Qudman adlı keçmiş sevgilisi ilə münasibətidir.
Kilner Uokeri qadınla görüşməkdə və xəyanət etməkdə günahlandırıb.
Futbolçu ötən il qısqanc həyat yoldaşına keçmiş sevgilisini bir daha görməyəcəyinə söz verib və hətta sosial şəbəkələrdə onu bloklayıb. Daha sonra Kayl özü etiraf edib ki, Qudmanla “dostluğunu” bərpa edib.(oxu.az)