“Qarabağ”ın oyununda 9 qol vuruldu

11
Yan
2024
22:07

“Qarabağ” mövsümün ikinci yarısının hazırlığını davam etdirir.

Azreform.info ” xəbər verir ki, yanvarın 5-də qış toplanışına start verən komanda bu gün ilk yoxlama oyununu keçirib. Rəqib “Qarabağ-2” olub.

Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. 7:2 hesablı qələbə qazanan “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo və Abdullah Zubir birinci hissədə fərqləniblər. Fasilədən sonra Nəriman Axundzadə və Hamidu Keyta dubl müəllifi olublar. Əvəzedicilərin qollarına Musa Musazadə və Nurlan Şabanov imza atıblar.

Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə də yoxlama oyunu keçirəcək.