Prezident İlham Əliyev Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə bağlı Sərəncam imzalayıb.
“Azreform.info ” xəbər verir ki, Sərəncamla Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, yanvarın 10-da B. Vəziroğlunun 70 yaşı tamam olub.