Meneceri açıqladı: Azərbaycan klubu Balotelli ilə maraqlanır

10
Yan
2024
15:28

Mario Balotelli karyerasını Azərbaycanda davam etdirə bilər. 

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı italiyalı futbolçunun meneceri Enzo Rayola “mediagol.it” saytına açıqlama verib:

“Mənə çox zənglər gəlir. Mario İtaliyaya qayıtmaq istəyir. O, A seriyasında oynamağı xəyal edir. İsrail, Azərbaycan, Argentina, Braziliya və Çindən, hər yerdən zəng edirlər”.

Qeyd edək ki, Balotelli “Mançester Siti”, “Milan” və “Liverpul” kimi nəhənglərin formasını geyinib. O, İtaliya millisində 36 oyunda 14 qol vurub.