Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı razılaşdı

10
Yan
2024
13:00

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəliblər. 

Azreform.info xəbər verir ki, "Daily Sabah"ın məlumatına görə, müvafiq qərar Pakistanın Ravalpindi şəhərində keçirilən üçtərəfli müdafiə komitəsinin iclasında qəbul edilib.

Bu razılaşma Ankara, İslamabad və Ər-Riyad tərəfindən hərbi texnika və texnologiyaların birgə hazırlanmasına, həmçinin müdafiə və təhlükəsizlik sahəsində tədqiqatlara aiddir. 

"Üç tərəf ümumi məqsədlərə nail olmaq və müdafiə sektorunda özünü təmin etmək üçün üç dost ölkənin intellektual, texniki, maliyyə və insan resurslarının birləşdirilməsinin vacibliyini bir daha təsdiqlədi", - Pakistan mediası yazır.

Gələn ay Ər-Riyadda üçtərəfli Türkiyə-Pakistan-Səudiyyə müdafiə komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.

Mürtəza
Azreform.info