Şoltsdan “Taurus” raketləri tələb edildi

10
Yan
2024
04:28

Almaniyanın müxalifət partiyası olan Xristian Demokratik İttifaqının (CDU) rəhbəri Fridrix Merts Almaniya kansleri Olaf Şoltsu gecikdirməyi dayandırmağa və “Taurus” uzaqmənzilli raketlərini Ukraynaya ötürməyə çağırıb.

Azreform.info , bu barədə “Rheinische Post” nəşri xəbər verib.

Merzin fikrincə, “Taurus qanadlı raketlərinin çatdırılmasında tərəddüd dayandırılmalıdır” və Şolts bu məsələdə təmkinindən əl çəkməlidir.

"Bu, Ukraynaya çox kömək edər" Merts bildirib.