Əfqanıstanın paytaxtında partlayış törədildi

10
Yan
2024
03:35

Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusun partladılması nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Azreform.info ” xəbər verir ki, bu barədə Əfqanıstanın “Ariana News” telekanalı məlumat yayıb.

Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb.

Daha əvvəl yanvarın 6-da “Khaama Press” agentliyi Kabildə avtobusda partlayış baş verdiyi, nəticədə 5 nəfərin öldüyü, 15 nəfərin yaralandığı barədə məlumat vermişdi. Partlayıcı qurğu avtomobilin içərisinə yerləşdirilmişdi.