Mübariz Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

7
Yan
2024
14:28

Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azreform.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mübariz Qurbanlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.