Dünyanın ən böyük almaz şirkətinə sanksiya tətbiq edildi

3
Yan
2024
23:21

Avropa Birliyi (AB) Rusiyadan almaz idxalına qoyulan qadağa çərçivəsində "Alrosa" və onun baş direktoru Pavel Marinşevi qara siyahıya salıb.

Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell bildirib.

"12-ci sanksiya paketində Rusiyadan almaz idxalına qoyulan qadağaya uyğun olaraq, AB bu gün dünyanın ən böyük almaz hasilatı şirkəti olan "Alrosa"nı və onun baş direktorunun adını qara siyahıya salıb",- o qeyd edib.

Borrel vurğulayıb ki, AB Rusiya almazlarına qarşı sanksiyaları Böyük Yeddilik (G7) ölkələri ilə koordinasiyalı şəkildə qəbul edir.