İran DİN-dən Kermanda törədilən terror partlayışı ilə bağlı AÇIQLAMA

3
Yan
2024
20:14

Kermanda törədilən terror partlayışının səbəbi araşdırılır.

APA xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

“Faktlar təsdiqlənən kimi insanlara məlumat verəcəyik. Şayiələrə fikir verməməlidirlər”, - məlumatda deyilir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə partlayış baş verib. Nəticədə 103 nəfər həlak olub, 141 nəfər yaralanıb.