Zelenski 2024-cü il üçün əsas hədəfini ELAN ETDİ

2
Yan
2024
16:21

Ukraynda Prezidenti Volodimir Zelenski Ukraynanın 2024-cü ildə əsas hərbi məqsəd kimi Krımın Rusiyadan təcrid edilməsini qarşıya hədəf qoyub.

Azreform.info xəbər verir ki, o bu barədə “The Economist”ə müsahibəsində deyib. 

Bildirib ki, Krımın təcrid olunması və orada Rusiyanın hərbi potensialının zəiflədilməsi Ukrayna üçün son dərəcə vacibdir. 

Onun sözlərinə görə, “Buğa” raketlərindən istifadə etməklə Kerç körpüsünü dağıtmağa, Krım yarımadasını Rusiyadan təcrid etməyə və bölgədən hücumların sayını azaltmağa imkan verə bilər.

Zelenski quru müharibəsinin problemlərini açıqlayıb: “Bizim vəzifəmiz Şərqi və Cənubu qorumaq, Ukraynanın bu çox mühüm şəhərlərini, xüsusən də Xarkov, Dnepr, Zaporojye, Xerson, Nikolayevi xilas etmək, həmçinin ölkəmizin mühüm infrastrukturlarını qorumaqdır”.

Mürtəza
Azreform.info