İran deputatı Azərbaycan sərhədini pozdu - VİDEO

2
Yan
2024
15:56

Gilan əyalətinin İran parlamentindəki nümayəndəsi Həsən Məhəmmədyari Azərbaycan sərhədini pozub.

Azreform.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, bu, dekabrın 30-da İran və Azərbaycan arasında Astarada yeni sərhəd keçid məntəqəsinin açılışı mərasimi zamanı baş verib.

Protokolları pozaraq sərhəd zolağından keçən millət vəkilinin Azərbaycan sərhədçiləri tərəfindən geri qaytarıldığı bildirilib.