İndoneziyanın Açe əyalətində 5,9 bal gücündə baş verib.
Azreform.info xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Episentri Sinabanq şəhərindən 362 kilometr şərqdə olan zəlzələ dənizin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələdə indiyədək hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmasa da, İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi sunami təhlükəsinin olmadığı, lakin sonradan təkanlar ola biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, ötən gün Yaponiyada 7.4 bal gücündə zəlzələ baş vermişdi.
Billurə