Monaş Universitetinin (Melburn, Avstraliya) tədqiqat qrupu gündəlik 100 mq aspirin qəbulunun II tip diabetin inkişaf riskini azaltmağa kömək etdiyini müəyyənləşdirib.
Azreform.info xəbər verir ki, alimlərin işinin nəticələri "The Lancet Diabetes & Endocrinology" jurnalında təqdim olunub.
İşin müəllifləri təxminən 5 il ərzində yaşı 65-dən yuxarı olan 16 mindən çox qocanı müşahidə ediblər. Onlar iki bərabər qrupa bölünüblər: birincisi gündəlik 100 mq aspirin, ikincisi isə eyni miqdarda plasebo qəbul edib.
Ətraflı
Tədqiqat zamanı 995 iştirakçı II tip şəkərli diabet inkişaf etdirib, birinci qrupda 459, ikinci qrupda isə 536 belə iştirakçı olub. Beləliklə, aspirin xəstəliyin inkişaf riskini 15% azaldıb.
Müəlliflər bütün iştirakçıların sağlamlıq göstəricilərini təhlil etdikdən sonra birinci qrupdakı iştirakçılarda səhər saatlarında acqarına qan qlükoza səviyyəsinin daha az artdığını aşkar etdilər.
Bununla belə, alimlər aspirinin mənfi təsirini - güclü qan durulmasını da təsdiqləyiblər. Bu, təhlükəli qanaxma riskini artırır, lakin tromboz riskini azaldır.