Danimarka kraliçası II Marqaret tacından imtina etmək qərarına gəlib.
O, bu barədə ənənəvi Yeni il çıxışında danışıb.
“Mən qərar verdim ki, indi doğru vaxtdır”, - deyə əlahəzrət kəskinləşən xəstəlikləri və kürəyindəki əməliyyatı əsas gətirib.
Qeyd edək ki, Marqaret kraliçanın taxta çıxmasının 52-ci ildönümündə, yanvarın 14-də Kopenhagendə tacını vəliəhd şahzadə Frederikə təhvil verəcək.
Xatırladaq ki, 83 yaşlı II Marqaret 1972-ci ildən Danimarka kraliçasıdır. O, hakimiyyətə gəldikdən sonra 1388-ci ildən 1412-ci ilə qədər hökmranlıq edən I Marqaretdən sonra Danimarkanın ilk qadın monarxı olub.(oxu.az)