Ana ilə emosional münasibətlər övladın çəkisinə təsir edir.
“Medicina” xəbər verir ki, dünyada uşaqlar arasında piylənmənin ildən-ilə artmasının psixoloji səbəbi ana ilə pis emosional bağlılıqdır.
Oqayo universitetinin alimləri araşdırmalarının nəticəsi olaraq bildirirlər ki, uşaq anasına nə qədər çox nifrət edirsə, bir o qədər gələcəkdə artıq çəkidən əziyyət çəkəcək.
Ana ilə pis münasibət artıq 15 yaşdan metobolik, hormonal pozulmaların əsasını qoyur.
Əgər ana ilə uşaq öz aralarında heç yola gedə bilmirsə, daim münaqişə və mübahisə varsa, 15-17 yaşda piylənmə riski 2 dəfə daha artır.
Amma ana ilə övlad arasında yaxşı münasibət olan ailələrdə cəmi 10% uşaq piylənmədən əziyyət çəkə bilər ki, bunun da səbəbi qidalanma və şirniyyatdır.
Bu onunla izah olunur ki, anası tərəfindən qəbul olunmayan, danlanan və anası ilə mübarizədə olan uşaq stres səviyyəsini azaltmaq və özünü sakitləşdirmək üçün yeməyi artırır və çox yeyir.
Depressiya və stresdə olan uşaqlar un və şirin qidala yeyir, az hərəkət edir, yaxşı yatmır, sosial ünsiyyətdən qaçır və özünü yeməklə ovudur.