Yeni il günləri hansı xəstəliklər kəskinləşə bilər?

30
Dek
2023
21:42

Yeni il gecəsi sağlamlıqla bağlı problemlərin daha çox yarandığı günlərdən biridir.

“Medicina” xəbər verir ki, baş həkim, terapevt Timur Asanov travmadan başqa, bir çox xəstəliklərin kəskinləşməsi riskindən danışıb.

“Alkoqol, yağlı və ağır kalorili qidalar səbəbindən mədə-bağırsaq, ürək-damar, öd problemləri,
zəhərlənmələr, hipertonik kriz, allergiya, pirotexnikadan yanıqlar, yıxılma halları ilə təcili yardım çağırışları daha çox olur.

Ona görə hər insan öz yaşı, xroniki xəstəliyini nəzərə almalıdır. Hətta yeni il stresi və həyəcanından erkən doğuş sancıları da görülür”.