Ədliyyə Nazirliyinin Aparatının struktur bölmələrinin Əsasnamələri TƏSDİQLƏNDİ

30
Dek
2023
11:00

Ədliyyə Nazirliyinin Aparatının bir sıra struktur bölmələrinin Əsasnamələri təsdiqlənib.

Azreform.info xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov qərar imzalayıb.

Əsasnamələr Ədliyyə Nazirliyinin kollegiyasında qəbul olunub.

Həmin sənədlərə Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə, Ədliyyə sahəsində xidmətlər baş idarəsi haqqında Əsasnamə, İnsan resursları baş idarəsi haqqında Əsasnamə, İnsan hüquqları və kommunikasiya idarəsi haqqında Əsasnamə, İnformasiya texnologiyaları və innovasiyalar idarəsi haqqında Əsasnamə daxildir.

Qərarla əsasnamələrin əməkdaşlar tərəfindən dərindən öyrənilməsi, onların tələblərinə dönmədən və dürüst əməl edilməsi tapşırılıb.