ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının Azərbaycana gələcəyi tarix məlum olub

29
Dek
2023
12:35

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli missiyasının müşahidəçiləri yanvarın 3-də Azərbaycana gələcəklər.

“Report” xəbər verir ki, bunu ATƏT/DTİHB-nin Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq.