Paşinyan bu tarixdə Azərbaycana gələ bilər - SENSASİYA

29
Dek
2023
11:14

2024-cü ilin noyabrında Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Bu çərçivədə bir neçə ölkədən çox sayda nümayəndənin ölkəmizə gəlməsi nəzərdə tutulur.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən COP28 tədbirinə Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı bir çox ölkələrin rəsmi nümayəndələri, prezidentləri, baş nazirləri qatılmışdı. O cümlədən Ermənistan Prezidenti Vaaqn Xaçatryan da sammitə iştirak üçün Dubaya səfər etdi.

Maraqlıdır ki, Ermənistanın Baş nazir administrasiyasının Azərbaycanla birgə bəyanatında İrəvanın COP29-un keçirilməsi üçün namizədliyini geri götürdüyü, digər Avropa ölkələri də Azərbaycanın namizədliyini dəstəkləməyə çağırdığı qeyd olunurdu.

Beləliklə ölkəmizin ev sahibliyi edəcəyi tədbirdə iştirak üçün Ermənistan Prezidenti, yaxud baş nazirinin Bakıya gəlməsi mümkündürmü?

Mövzunu Globalinfo.az-a dəyərləndirən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, tədbir təkcə Azərbaycan üçün deyil, Qafqaz üçün vacibdir:

“COP29 hər növ savaşdan, qarşıdurmadan, müharibədən öndə gələn, yüksək idealları özündə birləşdirən bir qlobal tədbirdir. Hesab edirəm, Prezident İlham Əliyevin Azərbaycanın bu tədbirə ev sahibliyi etmə təşəbbüsü ölkəmizin dünyada nüfuzuna çox ciddi müsbət təsir göstərəcək. İqlim və ətraf mühit daxil, ümumi təhlükəsizlik və stabilliyə təhdid yaradan qayğıları dünya ilə bölüşəcəyik. Bakı deklarasiyası özlüyündə yeni hədəflər və öhdəliklər müəyyənləşdirəcək.

Bütün prosesin tərkib hissəsi olan əsas amillərdən biri sülh və əməkdaşlıqdır. Ermənistan nümayəndələrinin tədbirdə iştirak üçün Bakıya gəlmələri də gözləniləndir. Tədbir sadəcə Azərbaycan üçün deyil, Qafqaz üçün əhəmiyyətlidir”.