Fuad Əliyev: 2024 qarşımızda yeni hədəflər qoyur

28
Dek
2023
19:17

“2023 Xankəndi ili oldu. Biz Qarabağda tam zəfər qazandıq və suverenliyi təmin etdik. Bundan sonra torpaqlarımızda heç bir separatçı ola bilməz”.

Prezidentliyə namizəd Fuad Əliyev Tribunainfo.az-a deyib.

Onun sözlərinə görə, 2024 qarşımızda yeni hədəflər qoyur:

“Əvvəla, uğurlu, şəffaf bir seçki keçirəcəyik. Buna nail olmalıyıq. İkincisi, Qarabağa qayıdış sürətlənməli, şəhərlərə axın olmalıdır. Digər bir məsələ sülh müqaviləsidir. Biz 2024-ün sülh ili olacağına inanırıq”.