Buz üstünə eniş edən təyyarəyə və sərnişinlərə heç nə olmayıb.
Azreform.info xəbər verir ki, dekabrın 28-də səhər saatlarında Yakutsk-Zıryanka-Srednekolımsk-Yakutsk marşrutu üzrə sərnişin reysi həyata keçirən An-24 təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb və Kolıma çayına düşüb.
Bu barədə Rusiya Şərqi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.
Vilayət prokurorluğu hadisəni yoxlamağa başlayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb təyyarəni idarə edən ekipajın səhvi olub.
Təyyarənin ekipajı və sərnişinləri xəsarət almayıb. Təyyarədə 30 sərnişin, 4 ekipaj üzvü olub.
Videodan da görünür ki, təyyarə az qala buzla örtülmüş çayın ortasında dayanıb. Təyyarənin eniş zamanı qarda qoyub getdiyi bir neçə yüz metr uzunluğunda olan izlər də görünür.
Mürtəza
Azreform.info