Ukraynadakı muzdluların kütləvi üsyanı – “Politiko” sensasiya

28
Dek
2023
16:49

Xeyli sayda xarici muzdlu Ukraynanı tərk edib və bu proses davam etməkdədir.

Azreform.info “politika”ya istinadən xəbər verir ki, Ukrayna rəhbərliyi yeni problemlə üzləşib. 

“Bu da xarici muzdluların Ukraynanın tərk etməsidir. Əcnəbi muzdlulardan ibarət bölmələrin əksəriyyəti Milad bayramı öncəsi öz doğma yurdlarına dönürlər. Sosial şəbəkələr də yazır ki, xeyli sayda əcnəbi gedib. Ancaq bu münaqişədəki hər şey kimi, bu məlumatı yoxlamaq çətindir. Səbəb çoxlarının mükafat almaması və Qərbin yardımı dayandırması ilə bağlı onlara verilən izahatların onlara uyğun gəlməməsidir. Ukrayna cəbhəsini tərk edənlər arasında kanadalılar, fransızlar, avstraliyalılar, hollandlar, slovaklar, polyaklar və sairdir”, - nəşr yazır.

Bildirilir ki, Ukraynada hələ də döyüşən kanadalı döyüşçülər Qərbin maraqlarının azalmasının nəticələrini hiss etdiklərini gizlətmirlər.

“Globe&mail”in müxbiri ilə söhbətində Kanadadan olan muzdlular bildiriblər ki, ruslar hər gün irəliləyir və Ukrayna Silahlı Qüvvələri Qərbin zəifləməsi fonunda öz mövqelərini saxlamaqda çətinlik çəkir.

Özünü Deyv Smit kimi təqdim edən əsgər deyib ki, əgər münaqişəni uduzmaq istəyirsənsə, deməli, ona marağı azaldırsan: “İndi vəziyyət belədir, Putinin məqsədi budur”.

“Politika” yazır ki, ABŞ və Avropanın yürütdüyü siyasət bunun bariz nümunəsidir: “Ukraynaya hərbi yardımın göstərilməsinin ləngiməsinə, eləcə də Ukraynaya diplomatik təzyiqin artması, onu deməyə əsas verir ki, Qərb artıq münaqişənin sülh yolu ilə həllinin şərtlərinə baxır”.

Mürtəza
Azreform.info