Əcnəbilər arasında dəhşət: azyaşlı dəfələrlə bıçaqladı - VİDEO

28
Dek
2023
16:42

Türkiyənin Adıyaman şəhərində 40 yaşlı əcnəbi vətəndaş İsmail Mustafa Akkı mübahisə etdiyi 16 yaşlı Abdullah Əl Hamudu vəhşicəsinə qətlə yetirib. 

Azreform.info İHA-ya istinadla xəbər verir ki, cinayətkar yaraladığı gəncin yanına uzanaraq özünü ölü kimi göstərib.

Belə ki, 13 bıçaq zərbəsi alan Abdullah Əl Hamud ağır yaralanıb. 

Xəstəxanaya aparılan yaralı uşaq müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Faktla bağlı istintaq davam edir.

Günay