Bu il İrandakı səfirliyimizə hücum münasibətlərdə gərginlik yaratmışdı.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub.
Nazirin sözlərinə görə, bu il Azərbaycan bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.