Rusiya və ABŞ Beynəlxalq Kosmik Stansiyada kəsişməli uçuş proqramını 2025-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Roskosmos məlumat yayıb.
Qeyd edək ki, proqram hər Rusiya "Soyuz" kosmik gəmisinin ekipajında bir amerikalı astronavtın, Crew Dragon ekipajında isə bir rusiyalı kosmonavtının Beynəlxalq Kosmik Stansiyaya uçmasını nəzərdə tutur.