İranda bir müxalif ruhaninin maraqlı taleyi - VİDEO

27
Dek
2023
21:42

2002-ci ilin yayında İranda İslam Respublikasının qurulmasından bəri görünməmiş bir hadisə baş verdi: Ayətullah Seyid Cəlaləddin Tahiri İsfahani ölkənin ali rəhbəri Ayətullah Əli Xameneyinin İsfahan əyalətindəki səlahiyyətli nümayəndəsi və İsfahan şəhərinin imam-cüməsi vəzifəsindən istefa verdi.

Özü də sadəcə istefa vermədi, həm də bu addımının səbəblərini xalqa ünvanladığı açıq məktubda izah etdi.  Əslində ölkədəki vəziyyətdən ciddi narazılıq və narahatlıq ifadə edən həmin məktub Xameneyiyə ünvanlanmışdı və bunu yaxşı anlayan İran rəhbəri cavabsız qoyduğu çoxsaylı açıq məktublardan fərqli olaraq, Ayətullah Tahirinin məktubuna cavab verməli oldu. 

Əlbəttə, Xameneyinin öz ənənəsini pozaraq Tahiriyə cavab verməsi təkcə onun məktubundakı kəskin tənqidlər və dəqiq təsvirlərlə bağlı deyildi, həm də onunla əlaqədar idi ki, məktubun müəllifi onun rəhbərliyi dövründə yetişdirib irəli çəkdiyi sözəbaxan ruhanilərdən deyildi, İslam Respublikasının banisi Ayətullah Xomeyninin yaxın silahdaşlarından biri idi. Məhz onun dövründə İsfahana nümayəndə təyin olunmuşdu, eyni zamanda Ekspertlər Şurasının üzvü seçilmişdi. Xomeyninin ona yazdığı məktublar bu gün də İslam Respublikası qurucusunun rəsmi saytında qalmaqdadır.(Azad İran)