Şok sızıntı: robotlar insanlara hücum edib

27
Dek
2023
19:07

“Tesla” avtomobil zavodunda fantastika filmini xatırladan hadisə baş verib. 

Azreform.info xəbər verir ki, bu barədə bir çox nüfuzlu xarici KİV məlumat yayıb.

Robot idarədən çıxaraq növbətçi mühəndisə hücum edib.

Dövlətə təqdim edilən hesabatda ortaya çıxan 2021-ci il hücumu hadisəsində robot mühəndisin qollarına və kürəyinə zərər yetirib. Mühəndis ağır yaralanıb. Hadisəni görən iki əməkdaş “kömək” düyməsini basaraq robotu dayandıra bilib.

Digər tərəfdən, "Tesla" fabriklərindəki robotların dəfələrlə mühəndis və işçilərə hücum etdiyi, lakin bu hadisələrin ört-basdır edildiyi öyrənilib.

Fabrikdə çalışanların vəkili Hannah Aleksander obyektin tikintisi zamanı bir işçinin istidən öldüyünü, çoxlu sayda insanın xəsarət aldığını, lakin bunların rəsmi hesabatlarda yer almadığını vurğulayıb.

Günay