İllərlə çəksə də, bu iş bitməlidir - İsrailin müdafiə naziri

27
Dek
2023
18:28

İranla gərginliyin artması ilə Yaxın Şərqdə regional münaqişə riskinin artacağı istisna deyil.

Azreform.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Onun sözlərinə görə, İsrail yeddi bölgədən - Qəzza, İordan çayının qərb sahili, Livan, Suriya, İraq, Yəmən və İrandan hücuma məruz qalıb. 

“Biz altı istiqamətdən olan hücuma artıq cavab vermişik və bu istiqamətdə fəaliyyət göstəririk. Mən aydın şəkildə bəyan edirəm ki, bizə qarşı hərəkət edən hər kəs potensial hədəfdir, heç kim bundan immunitetə malik deyil”, - israilli nazir deyib.

Parlament komitəsində danışan Qallant əlavə edib ki, bu, uzun və çətin müharibə olacaq. “Biz açıq şəkildə bildirməliyik ki, bu xarakterli hərəkətləri edən hər kəs cəzalandırılacaq. İstər aylar, istərsə də illər çəksə də, bu iş bitməlidir”, - Qalant bildirib.

Mürtəza
Azreform.info