Ermənistanı Rusiya ilə əlaqələndirən yol qismən açılıb.
APA-nın Rusiya bürosu xəbər ki, Gürcüstandan Rusiyaya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə minik nəqliyyat vasitələri üçün yol açılıb.
Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan bildirib.
Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd keçid məntəqəsi bir müddət tamamilə bağlanmışdı.