ABŞ Beynəlxalq Ticarət Komissiyası “Apple”ın ən yeni ağıllı saat modelləri olan “Apple Watch Ultra 2” və “Apple Watch Series 9”un satışını qadağan edib.
Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, kommissiya tibbi monitorinq texnologiyası şirkəti “Masimo”nun patentlərini pozduğunu əsas gətirib.
Ağıllı saatların idxalını və satışını dayandırmaq qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası etiraz etməyib. Dekabrın 25-də ən yeni ağıllı saat modellərinin ölkədə satışı qadağan edilib.
“Apple” qərardan ABŞ Federal Apellyasiya Məhkəməsinə şikayət edib. Qərarın dayandırılmasını tələb edən şirkət yanvarın 12-dək saatların yenidən dizayn edilmiş versiyalarının “Masimo”nun patentlərini pozub-pozmadığına qərar verəcək.
Qeyd edək ki, “Apple”ın aşağı qiymətli “Apple Watch SE” modeli kimi qan oksigen səviyyəsini oxuma qabiliyyətini ehtiva etməyən ağıllı saat modellərinin bu mübahisədən təsirlənməyəcəyi bildirilib.
Günay