Avropa İttifaqı (Aİ) Macarıstanın razılığı olmadan belə, digər üzv ölkələrin zəmanəti altında borc vəsaitləri götürməklə Ukraynaya 20 milyard avro yardım ayırmağa imkan verəcək mexanizm hazırlayır.
Ölkə. Az xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Bu mexanizmdən istifadə etməklə Aİ ölkələri Macarıstanın veto hüququndan yayınmaqla Ukraynaya 4 il müddətinə 50 milyard avro məbləğində yardım etməyi planlaşdırır.
Nəşrin yazdığına görə, Aİ ölkələri ümumi büdcə üçün maliyyə təminatlarını öz üzərinə götürəcək. Bu, Avropa Komissiyasına Ukraynaya kömək etmək üçün kapital bazarlarından lazımi məbləğdə borc almağa imkan verəcək. Oxşar mexanizm artıq koronavirus pandemiyası zamanı üzv ölkələrə 100 milyard avro yardım ayırmaq üçün istifadə edilib.
Belə bir mexanizm Aİ-yə üzv olan bütün ölkələrin razılığını tələb etmir. Qərarı isə kredit reytinqi yüksək olan ölkələr verəcək.
Mürtəza
Azreform.info