Rusiyanın silah istehsalına qarşı qərar verildi

27
Dek
2023
09:28

Tayvanın İqtisadiyyat Nazirliyi yüksək texnologiyalı malların hərbi məqsədlər üçün istifadəsinin qarşısını almaq məqsədilə Rusiya və Belarusa sanksiya tətbiqini genişləndirib.

Azreform.info xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Sanksiya siyahısına Tayvanın istehsal etdiyi yarımkeçiricilər və avadanlıqlar, həmçinin müəyyən kimyəvi maddələr və dərmanlar əlavə edilib.

Tayvanın İqtisadi İşlər Nazirliyinin məlumatına görə, yeni sanksiyalar artıq Avropa Birliyi, ABŞ və digər ölkələrin elan etdiyi sanksiyalara uyğundur.