Netanyahu: Qəzzanın cənubunda döyüşləri genişləndiririk

27
Dek
2023
01:07

İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.

Azreform.info xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

"Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq", - Baş nazirin Ofisi onun bəyanatını yayıb.

“Döyüşçülərimiz (Qəzza zolağında) yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var”, - Nazirlər Kabinetinin rəhbəri davam edib.

"Ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq", - Netanyahu vurğulayıb.