Qəzzada müharibə aylarla davam edəcək.
Azreform.info xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Bu müharibənin mürəkkəb hədəfləri var, mürəkkəb ərazidə aparılır. Ona görə də müharibə uzun aylar davam edəcək. Biz indi səylərimizi Qəzza zolağının cənubunda, o cümlədən Xan Yunisdə cəmləşdiririk”, - deyə Halevi bildirib.