13 yaşlı milyonçu üç mərtəbəli malikanə aldı - FOTO

26
Dek
2023
01:56

“YouTube”da altı milyondan çox abunəçisi olan rusiyalı Milana Xametova özünə Yeni il hədiyyəsi kimi üçmərtəbəli malikanə alıb. 

Azreform.info xəbər verir ki, Milana bununla bağlı sosial şəbəkədə bir kərpic evin qarşısında əlində açarla paylaşım ediub.

“Yeni il ərəfəsində gerçəkləşən ən çox istədiyim arzu! Təbii ki, mən "Şaxta baba"ya inanıram, amma özümə daha çox inanıram!” – yeniyetmə milyonçu qız yazıb. 

Bloger bildirib ki, hədiyyə üçün pulu öz zəhməti hesabına qazanıb. 

Milyonçu qızın "YouTube"da ciddi auditoriyası var, digər sosial şəbəkələrdə videolar çəkir və hətta öz treklərini buraxır. O,  "İt al", "Rəqs" və "Kraş" mahnıları artıq populyarlıq qazanıb. Debüt treki olan "Umka" 110 milyondan çox baxış yığa bilib. 

Mürtəza
Azreform.info