Təbrizin "Kolorpars" zavodunun çirkli və zəhərli tullantıları Basmınc bölgəsinin əkin sahələrinə buraxılır.
Axar.az xəbər verir ki, bu barədə Təbrizin yerli mediası məlumat yayıb.
Bildirilib ki, bu, bölgə əhalisinə maddi ziyan vurmaqla yanaşı, sakinlərin həyatını da təhlükəyə salıb.
Zəhərli tullantıların çaylara, yeraltı su qaynaqlarına nüfuz etdiyi, bölgədə bu günə kimi müşahidə olunmamış xəstəliklərin yayıldığı bildirilib.
Qeyd edilib ki, ətraf mühit fəalları və yerli sakinlərin ekoloji problemlə bağlı şikayət və müraciətləri nəticəsiz qalıb.