“Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik”.
APA BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində jurnalistlərin suallarına cavab olaraq deyib.
“Ermənistan iqtisadi cəhətdən ölmək istəsə, biz onu itirə bilərik, lakin mən düşünmürəm ki, ermənilər axmaqdırlar”, - Belarus lideri “Biz Ermənistanı itiririk?” sualına cavab olaraq qeyd edib.