Papa İrəvan və Bakının sülhə nail olacağına ümid edir

25
Dek
2023
21:14

Roma Papası Fransisk “Urbi et Orbi” adlı Milad mesajında Ermənistan və Azərbaycanın yekun sülhə nail olacağına ümid etdiyini bildirib.

Azreform.info xəbər verir ki, o, çıxışında deyib:

“Qoy, Ermənistan və Azərbaycan qaçqınları təhlükəsiz şəraitdə, dini adət-ənənələrə və ibadət yerlərinə hörmətlə öz evlərinə qaytarmaqla yekun sülhə yaxınlaşsın”, - Fransisk duasında bildirib.

Mürtəza
Azreform.info