Rusiya "Tesla qatili" ləqəbli elektrikli avtomilini təqdim etdi - FOTO

25
Dek
2023
19:14

Rusiya "Amber" adlı ilk elektrikli avtomobilini nümayiş edib.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, yeni avtomobil “Tesla Qatili” kimi təqdim edilib.

Avtomobilin dizaynı lağ mövzusuna çevrilib. Bir çox insan onun xarici görünüşünü çox çirkin görüb.

Avtomobilin kütləvi istehsalına 2025-ci ildə başlanacağı və illik 50 min elektrikliavtomobilin hədəflənməsi gözlənilir. Avtomobilin son versiyasının ilkin dizayndan tamamilə fərqli ola biləcəyi də iddia edilir. 

Qeyd edək ki, Rusiyanın Ukraynanı işğalından sonra avtomobil nəhəngləri bir-bir Rusiyadan çəkilmək qərarına gəliblər. Sanksiyalarla rusların yeni model avtomobillərə çıxışı çətinləşib. 

Günay