İraqın paytaxtı Bağdadda aparıldığı xəstəxanada ölən dilənçinin milyonçu olduğu ortaya çıxıb.
Azreform.info İHA-ya istinadla xəbər verir ki, dilənçinin evində təxminən 400 min dollar və külli miqdarda qızıl tapılıb.
Belə ki, dilənçinin ölümündən sonra onun bacısı və qardaşı bacısının vəsiqəsini almaq üçün evə getdikdə sərvətlə rastlaşıblar.
Onlar bacılarına məxsus pul və qızılları maşına daşıyan zaman məhəllə muxtarının diqqətini çəkiblər. Daha sonra muxtar hadisə yerinə polis çağırıb.
Polislər tapılan bütün pulları bölməyə təhvil verib.
Ölən qadının ailə üzvləri isə saxlanılıb.
Qeyd edək ki, ölən qadının oğlunun polis əməkdaşı olduğu iddia edilib.
Günay