“Lapsus$” haker qrupunun üzvü Arion Kurtaj qeyri-müəyyən müddətə qədər “xəstəxana cəzası”na məhkum edilib.
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, dünyanın ən çox oynanılan oyunlarından biri olan “Grand Theft Auto (GTA) 6”nın görüntülərini sızdıran 18 yaşlı haker autizm xəstəliyindən əziyyət çəkir.
Kurtaj psixi sağlamlıq qiymətləndirməsində kibercinayətə mümkün qədər tez qayıtmaq istədiyini və motivasiyalı olduğunu bildirib.
Həkimlər onu təhlükəli hesab etməyənədək ömürlük təhlükəsiz xəstəxanada qalacaq.
Maraqlıdır ki, o, hoteldə polis nəzarəti altında olarkən noutbuku müsadirə edilsə də “Amazon Firestick”, televizor və mobil telefondan istifadə edərək “Rockstar” şirkətinə sızmağı bacarıb.
Ümumilikdə, haker qrupu “Uber”, “Nvidia” və “Rockstar Games” kimi texnologiya şirkətlərinə kiberhücumlar edərək 10 milyon dollar ziyan vurub.