Rusiya Ukraynadakı xarici hərbi bazalar yaradılacağı təqdirdə onlara mütləq zərbələr endirəcək.
Azreform.info xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Aİ tərəfindən Ukrayna üçün hazırlanmış Təhlükəsizlik Zəmanətləri Bəyannaməsindən danışan Medvedev sənədin heç bir əlavə dəyəri olmayan “səssiz sənəd” olduğuna diqqət çəkib: “Amma bu, Kiyevə ayrı-ayrı ölkələrlə silah tədarükü, hərbi kadrların hazırlanması, hərbi proqramların maliyyələşdirilməsi və daha çox, o cümlədən Ukraynada hərbi bazaların yaradılmasını nəzərdə tutan müqavilələr bağlamaq imkanı verir”.
Bu sənədin Rusiya üçün təhlükəsini şərh edən Medvedev bunları qeyd edib: “Bu modeldir: Biz sizi (yəni Ukraynanı-red) NATO-ya qəbul etməyəcəyik, Rusiya ilə müharibə istəmirik, amma fərdi əsasda özünüz heç nədən imtina etməyin. O zaman sual yaranır ki, onlar Vaşinqton müqaviləsinin 5-ci maddəsini necə şərh edəcəklər. Başqa sözlə, Rusiya belə bir bazanı vurduqda alyans ölkələri ölkəmizə qarşı birgə mübarizə aparmağa hazır olacaqlarmı?
Hər hansı hərbi bazaya zərbə, şübhəsiz ki, bu müqavilənin 6-cı maddəsinin (“Razılığa gələn tərəflərdən hər hansı birinin silahlı qüvvələrinə, gəmilərinə və ya təyyarələrinə silahlı hücum...”) tətbiqi üçün əsasdır”.
Mürtəza
Azreform.info