Rusiyanın üçün ən ağrılı olan bu idi, hazır olmalıyıq - Nabiullina 

25
Dek
2023
17:35

Rusiya üçün ən ağrılı problem Qərb sanksiyaları, SWIFT ilə əlaqənin kəsilməsi və aktivlərin dondurulması olub.

Azreform.info xəbər verir ki, bunu Rusiya Bankının sədri Elvira Nabiullina bildirib .

“Əlbəttə, sanksiyaya məruz qalmayan, lakin aktivləri dondurulmuş milyonlarla insanın aktivlərinin bloklanması və dondurulması çox ağrılı mövzuya çevrildi", - Nabiullina bildirib. 

Onun sözlərinə görə, bu da beynəlxalq ödənişlər zamanı problemə çevrilib. “Problemin olmasına baxmayaraq biz bunu həll etməyə çalışırıq”- Nabiullina bildirib.

Bu baxımdan da Nabiullina SWIFT-dən ayrılmanı və aktivlərin dondurulmasını Rusiya üçün ən ağrılı sanksiyalar hesab edir: “Çünki bu  beynəlxalq ödənişlər zamanı ciddi problemlər yaradır”.

O, anti-Rusiya sanksiyalarının sərtləşdirilməsini istisna etməyib və vurğulayıb ki, buna hazır olmalıdırlar. 

Mürtəza
Azreform.info