Sülhün addımlığındadırlar, vəziyyət düzgün inkişaf edib - Kalaşnikov

25
Dek
2023
17:21

“İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan həqiqətən də sülh sazişinin imzalanmasının bir addımlığındadır. Bu isə o deməkdir ki, indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edib. Yalnız üç regional qonşu danışıqlar aparmalı idi: Azərbaycan, Ermənistan və Rusiya. Mən həmişə bu barədə danışmışam. Bizdən başqa ABŞ və Fransanın həmsədrlərinin olduğu Qarabağ üzrə Minsk Qrupuna mən heç vaxt inanmamışam. Onlar bir barmağını da belə qaldırmadılar”.

Azreform.info xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Ermənistan-Azərbaycan sülh danışıqlarından və bu danışıqlarda Rusiyanın rolundan danışarkən deyib.

Kalaşnikov vurğulayıb ki, sonda hər şey üçtərəfli razılaşma əsasında oldu: “Baxmayaraq ki, buna hərbi əməliyyat olmadan nail olmaq olardı”. 

Deputat əmindir ki, Ermənistanın indi yumruqla masa döyməsinin heç bir mənası yoxdur.

“Biz bundan maksimum yararlanmalıyıq. Bu, Azərbaycan və Türkiyə ilə mehriban qonşuluğa da aiddir, onların başqa sərhədləri yoxdur. Hara getməlidir? Xalq ən istedadlıdır. Sülh müqaviləsi əlbəttə ki, yaxşı bir şeydir. Ancaq, məsələn, Rusiya ilə Yaponiya arasında hələ də sülh sazişi yoxdur. Heç lazım da deyil. Qoy özləri qərar versinlər. Ancaq qonşular da daxil olmaqla, iqtisadi cəhətdən faydalı olan bir növ dəhliz haqqında düşünməyə və düzəltməyə dəyər. Bu isə Rusiya üçün sərfəlidir, çünki biz onların vasitəsilə cənuba dəhliz aça, Gürcüstanla razılığa gələ bilərik. Mənim fikrimə görə vəziyyət kifayət qədər əlverişlidir və faydalanmaq lazımdır”, - Kalaşnikov qeyd edib. 

Mürtəza
Azreform.info