Kadırov: Çeçenistandan 36 min könüllü Ukraynaya döyüşə gedib

25
Dek
2023
16:00

2022-ci il fevralın 24-dən bugünədək Çeçenistandan 36 min könüllü xüsusi əməliyyat zonasına göndərilib, onlardan 15,5 mini Qudermesdəki xüsusi təyinatlılar universitetində təlim keçib.

Azreform.info xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov teleqram kanalında yazıb.

O əlavə edib ki, könüllülər Çeçenistana “Rusiyanın müxtəlif yerlərindən” gəlirlər. Onun sözlərinə görə, xüsusi təyinatlılar universitetində taktiki atıcılıq, çöl təbabəti və atəş istiqaməti üzrə də kurslar keçirlər.

Mürtəza
Azreform.info