Prezident Mərakeşlə imzalanmış üç sənədi təsdiqlədi

25
Dek
2023
11:56

“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş” təsdiqlənib. 

Azreform.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərmanı imzalayıb. 

Dövlət başçısının imzaladığı digər fərmanla “Azərbaycan Respublikası hökuməti ilə Mərakeş krallığı hökuməti arasında logistika sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi” də təsdiqlənib. 

Bundan başqa, İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ətraf mühit və dayanaqlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərmanı da imzalayıb.

Qeyd edək ki, hər üç sənəd 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanıb.